Bu mövsüm Region Liqasında debüt edəcək "Xankəndi" komandası ilk yoxlama oyununu keçirəcək.
Manset.az xəbər verir ki, bu barədə "Xankəndi" FK-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, 28 sentyabr tarixində ASK Arena meydançasında baş tutacaq qarşılaşmada rəqib "Çinar Zəngilan" komandası olacaq. Görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, AFFA 2024/25 Region Liqasında “Xankəndi” klubunun iştirakını təsdiqləyib. “Xankəndi” bu mövsüm rəqiblərini Şamaxı Olimpiya Mərkəzinin futbol meydançasında qəbul edəcək. Komandanın təsisçisi Azərbaycan Minifutbol Liqasında çıxış edən “Real Bakı”nın rəhbəri Elnur Məcidovdur.