UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçı başa çatıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 15-ci dəqiqədə “Qarabağ”ın hücumçusu Olavio Juninyo açıb. Lakin rəqibin heyətində Erik Botheym 19-cu və 47-ci dəqiqələrdə dubla imza ataraq komandasına qələbə qazandırıb. “Qarabağ” növbəti oyununu oktyabrın 24-də doğma meydanda Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.
22:03
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında 3-cü qol vurulub.
Manset.az xəbər verir ki, "Molde"nin futbolçusu Erik Botheym 47-ci dəqiqədə 2-ci qolu "Qarabağ"ın qapısından keçirib - 2:1.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.
21:48
UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turunda Bakıda keçirilən “Qarabağ” – “Malmö” matçında ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmanın ilk yarısından sonra hesab bərabərdir - 1:1. Oyunu Yunanıstandan olan referi Anastasios Papapetrou idarə edir.
21:38
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında ilk hissə başa çatıb.
Manset.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada hesabı "Qarabağ" açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib. 19-cu dəqiqədə isə "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.
21:12
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab bərabərləşib.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 19-cu dəqiqəsində "Malmö"nün futbolçusu Erik Botheym bərabərlik qolunu vurub.
Oyunda hesabı "Qarabağ" komandası açıb. 15-ci dəqiqədə Juniniyo fərqlənib.
Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.
21:04
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) matçında hesab açılıb.
Manset.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyo fərqlənib - 1:0.
Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.
20:45
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.
Manset.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.