"Barselona" İspaniya çempionatının 17-ci turu çərçivəsində səfərdə "Leqanes"ə 0:1 hesabı ilə uduzub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeganə qolu dördüncü dəqiqədə Serxio Qonzales vurub.
Bildirilir ki, "Barselona" La Liqada keçirdiyi son altı oyunda üçüncü məğlubiyyətini alıb və 38 xalla turnir cədvəlinin birinci sırasındadır. "Atletiko" da eyni xala malikdir, lakin onun əlavə matçı var. "Leqanes" isə 18 xalla 15-ci yerdədir.