İspaniyanın “Relevo” nəşri “Qarabağ”ın hücumçusu Olavio Juninyonun “Sevilya”ya mümkün keçidi barədə maraqlı məlumat yayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ispan həmkarlarımız braziliyalı forvardın Azərbaycan klubuna öz cibindən pul ödəcəyini yazıb.
Belə ki, “Sevilya” “Qarabağ”ın istədiyi məbləği ödəyə bilmədiyi üçün Juninyo 1 milyon avronu özü ödəyəcəyini deyib.
O, La Liqada oynamaq arzusu üçün bu addımı atıb.