Almaniya klubunun futbolçusu evində ölü tapıldı

21:40 - 06 Yanvar 2025

Almaniya klubunun futbolçusu evində ölü tapıldı

Almaniyanın V Liqasında çıxış edən "Roytlinqen" klubunun 22 yaşlı futbolçusu Luka Mayksner evində ölü tapılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, yarımmüdafiəçi Yeni il ərəfəsində vəfat edib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Luka Mayksner 2021-ci ildə "Roytlinqen" kollektivinin heyətində debüt edib. Bu müddət ərzində o, 100 qarşılaşma keçirib və 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az