"Real"ın futbolçusu bugünkü oyunu buraxacaq

16:19 - 09 Yanvar 2025

\"Real\"ın futbolçusu bugünkü oyunu buraxacaq

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç İspaniya Superkubokunun yarımfinalında "Malyorka"ya qarşı keçirəcəkləri oyunu buraxacaq.

 

Manset.az bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Luka Modriç virus xəstəliyi səbəbindən bugünkü "Malyorka" ilə oyunda iştirak edə bilməyəcək. Biz dəyişiklikləri izləyəcəyik”, - Madrid klubunun açıqlamasında deyilib.

Qarşılaşma bu gün, yanvarın 9-da, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Komandalar Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports City Stadium"-da qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az