"Sumqayıt" qvineyalı hücumçu ilə müqavilə bağlayıb

07:40 - 22 Yanvar 2025

\"Sumqayıt\" qvineyalı hücumçu ilə müqavilə bağlayıb

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətini yeni hücumçu ilə gücləndirib.

 

Manset.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq Gürcüstanın "Torpedo" (Kutaisi) klubunda çıxış etmiş qvineyalı Momo Yansane ilə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

O, yeni komandasında 11 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Momo Yansane karyerası boyunca "Torpedo" ilə yanaşı "Nijni Novqorod" (Rusiya), "Şerif" (Moldova), "Riyeka" (Xorvatiya) kimi klublarda çıxış edib. 27 yaşlı forvard Qvineyanın U-20 və əsas yığmalarına da dəvət alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az