"Kəpəz"in futbolçuları lisey şagirdləri ilə görüşdü - Fotolar

16:40 - 09 Fevral 2025

\"Kəpəz\"in futbolçuları lisey şagirdləri ilə görüşdü - Fotolar

"Kəpəz"in futbolçuları Şəmkir şəhər kimya, biologiya təmayüllu liseyin şagirdləri ilə görüşüblər.

 

Klubun mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, Gəncədə klubun qonağı olan uşaqlar meydançada futbolçularla maraqlı, əyləncəli vaxt keçiriblər.

Məktəblilər oyunçularla futbol oynayıblar, şəkil çəkdirib, avtoqraf alıblar. Komandanın baş məşqçisi Azər Bağırov şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara səmimi münasibət göstərib.

“Futbol hamı üçün” devizi altında reallaşan görüşün təşkilində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında futbola marağın artırılması, bu idman növünün təbliğidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az