XXVI tura start verildi

21:35 - 08 Mart 2025

XXVI tura start verildi

Misli Premyer Liqasında XXVI tura start verilib.

 

Manset.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.

Qeyd edək ki, turun digər görüşləri martın 9-da və 10-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az