Cüdoçumuz qızıl medal qazandı

18:02 - 02 May 2025

Cüdoçumuz qızıl medal qazandı

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.


Manset.az xəbər verir ki, o, 1/8 finalda Acıtı Dombuunu (IJF) ardınca Anvarjon İbrohimovu (Özbəkistan) məğlub edib.

Cüdoçumuz yarımfinalda Ariunbold Enxtayvandan (Monqolustan) üstün olub. Ağayev finalda Muhammadsoleh Quvatovla (Tacikistan) ilə güləşib. O, bu görüşü də xeyrinə bitirərək qızıl medala sahib olub.

Bu gün digər idmançımız Yaşar Nəcəfov (66 kq) üçüncü yer uğrunda görüşdə özbəkistanlı Artyom Şturbabinlə güləşəcək.

Qeyd edək ki, “Böyük Dəbilqə” turniri mayın 4-də başa çatacaq


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv