Boksçumuz Türkiyədə  qələbə qazandı

19:15 - 02 May 2025

Boksçumuz Türkiyədə  qələbə qazandı

Azərbaycanlı boksçu Alişan İsmayılov İstanbulda keçirilən "Oguz Dövüş Gecesi" turnirində uğurlu çıxışı ilə yadda qalıb.


Manset.az xəbər verir ki, turnirdə Azərbaycan, Türkiyə və İran təmsilçiləri iştirak ediblər. 57 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda türkiyəli Yusuf Nacarla qarşılaşıb və rəqibini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, Alişan İsmayılov bu ilin fevralında da İstanbulda təşkil olunan KBN kəməri uğrunda döyüşdə qalib gəlmişdi. Beləliklə, o, Türkiyədə ardıcıl ikinci dəfə zəfər sevinci yaşayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv