Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə”də zədələndiyi üçün təsəlliverici qarşılaşmaya çıxmayıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib:
"Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici qarşılaşmaya də çıxmadı. İki-üç ay müalicə alacaq".