"Real"ın rekordçusu oldu  

20:30 - 11 May 2025

\"Real\"ın rekordçusu oldu  

Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe komandanın heyətində debüt mövsümündə ən çox qol vurmaqla rekord qırıb.


Manset.az xəbər verir ki, Fransa futbolçusu İspaniya Primerasının 35-ci turunda "Barselona" ilə oyunda dubl edib. Bu qollar onun "Kral klubu"nda ilk mövsümdə vurduğu 37-ci və 38-ci qollar olub.

Beləliklə, 26 yaşlı hücumçu "Real"in keçmiş futbolçusu İvan Samoranonun 1992/93 mövsümündə müəyyənləşdirdiyi 37 qolluq rekordunu təzələyib.

Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında Madrid klubuna pulsuz transferlə qoşulub. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 170 milyon avro təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv