İngiltərə Premyer Liqasının 36-cı turu "Liverpul" - "Arsenal" derbisi ilə yadda qalıb.
Manset.az xəbər verir ki, "Enfild"dəki oyunda qalib olmayıb.
20-ci dəqiqədə hesabı mersisaydlıların hücumçusu Kodi Qakpo açıb. 21-ci dəqiqədə meydan sahiblərinin cinah oyunçusu Luis Diaz fərqlənib.
Lakin 47-ci dəqiqədə "Arsenal"ın braziliyalı hücumçusu Qabriel Martinelli hesabdakı fərqi azaldıb. 71-ci dəqiqədə isə "topçular"ın ispaniyalı futbolçusu Mikel Merino matçda bərabərlik yaradıb. Merinos 79-cu dəqiqədə meydandan qovulsa da, bu, yekun nəticəyə təsir etməyib -2:2.
Beləliklə də, hazırda İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün turnir cədvəlinə 36 matçdan sonra 83 xalla "Liverpul" başçılıq edir. "Arsenal" isə 68 xalla ikinci yerdədir.