Aziz Yıldırım və Ali Koç görüşəcək - Türk klubunda KRİTİK DÖNƏM

14:40 - 20 May 2025

Aziz Yıldırım və Ali Koç görüşəcək - Türk klubunda KRİTİK DÖNƏM

"Qalatasaray"ın çempionluğunu elan etməsinin ardından "Fənərbağça"da gərginlik yüksəlib. Mövsümün son iki həftəsinə qeyri-müəyyənlik və narahatlıq içində girən sarı-lacivərtlilərdə diqqətlər klub prezidenti Ali Koçun bu həftə keçirəcəyi iki vacib görüşə yönəlib.


Manset.az xəbər verir ki, prezident Ali Koç, bir müddət əvvəl "TRT Spor"a verdiyi açıqlamada klubun keçmiş rəhbəri Aziz Yıldırımla görüşəcəyini bildirmişdi. Sözgedən görüşün yaxın günlərdə baş tutacağı gözlənilir.

Məlumata görə, Aziz Yıldırım klubun gələcəyinə dair bir sıra təkliflərini Koçla bölüşəcək. Bu görüşün eyni zamanda, klubdaxili seçki prosesinə də təsir göstərə biləcəyi ehtimal olunur.

Ali Koçun bu həftəki digər kritik görüşü isə dünya şöhrətli baş məşqçi Jose Mourinyo ilə olacaq. Tərəflər arasında aparılacaq müzakirələrdə Mourinhonun komandada qalıb-qalmayacağı və gələcək mövsüm üçün transfer strategiyası əsas müzakirə mövzusu olacaq.

"Fənərbağça" camiəsində bu iki görüşün də klubun gələcəyini müəyyən edəcək qədər önəmli olduğu vurğulanır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv