Osimhen transferi ilə bağlı "Qalatasaray"ın klub rəsmilərindən biri "Ersin Düzen ile Futbolun 100'ü" verilişinə telefon bağlantısı ilə qoşularaq Viktor Osimhenin transferi ilə bağlı bir sıra açıqlamalar verib.
Manset.az-ın məlumatına görə, klub rəsmisi Osimhenin komandaya cəlb olunmasının onların əsas hədəflərindən biri olduğunu bildirib:
“Biz Osimhenin klubumuza transfer olunmasını çox istəyirik. Amma bu, təkcə bizim istəyimizlə baş tutmur – Osimhenin özü də istəməlidir. İnanırıq ki, prezidentimiz Dursun Özbeklə birlikdə bu transferi reallaşdıra biləcəyik. Klub olaraq onun transfer haqqını ödəməyə və Avropadakı maaşını qarşılamağa hazırıq. Qərarı indi Osimhen verməlidir”.
Qeyd edək ki, Viktor Osimhen hazırda İtaliyanın “Napoli” klubunun oyunçusudur və “Qalatasaray”da icarə əsasında oynayır. Onun transfer dəyəri təxminən 80 milyon avrodur.
Hazırda futbolçu ilə “Mançester Yunayted”, “Yuventus”, “Liverpul”, “Çelsi” və Türkiyənin digər nəhəngi “Fənərbaxça” da maraqlanır.