17 ildən sonra "Tottenhem"dən tarixi uğur

08:52 - 22 May 2025

17 ildən sonra \"Tottenhem\"dən tarixi uğur

UEFA Avropa Liqasının final görüşündə İngiltərənin "Tottenhem" klubu böyük uğura imza atıb.


Manset.az xəbər verir ki, həlledici oyunda İngiltərənin “Tottenhem” klubu “Mançester Yunayted”lə qarşılaşıb.

Görüş London təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.

Bu nəticə ilə “Tottenhem” həm Avropa Liqasının qalibi olub, həm də 17 illik titulsuzluğa son qoyub. Şimali London klubu sonuncu dəfə 2008-ci ildə İngiltərə Liqa Kubokunu qazanıb.

Qələbə “Tottenhem”ə təkcə kubok yox, həm də UEFA Çempionlar Liqasına vəsiqə qazandırıb.

Premyer Liqada çətin mövsüm keçirən komanda bu nəticə ilə növbəti il Avropanın ən nüfuzlu turnirində iştirak hüququ əldə edib.

Qeyd edək ki, bu, “Tottenhem”in tarixində üçüncü Avropa Liqası çempionluğudur. Klub daha əvvəl bu titulu 1972 və 1984-cü illərdə əldə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv