"Fənərbağça"da gedənlərin adları bəlli oldu

14:46 - 22 May 2025

\"Fənərbağça\"da gedənlərin adları bəlli oldu
Türkiyənin nəhəng klublarından olan "Fənərbaxça"nın yeni mövsümdə heyətində ciddi dəyişikliklər baş verəcəyi gözlənilir.



Manset.az türk mediasına istinadən xəbər verir ki, klub rəhbərliyi sentyabrda keçiriləcək seçkilərə daha güclü komandaya sahib şəkildə getmək niyyətindədir. Bu məqsədlə klub heyət planlamasına başlayıb və bir sıra futbolçularla yolların ayrılması artıq gündəmdədir.

Məlumatlara görə, klubun qapıçısı Dominik Livakoviç, eləcə də Maksimin, Edin Dzeko, Duşan Tadiç və Osayi-Samuelin komandadan ayrılması demək olar ki, dəqiqləşib.

Bundan əlavə, “Yuventus” Kostiçin transfer qiymətində dəyişiklik etməsə, onun da komandadan göndəriləcəyi bildirilir. Müdafiəçi Milan Skrinyarın isə qalması çətin görünür.

Klubun gündəmində olan digər futbolçulardan Sofyan Amrabat və Youssef En-Nesyriyə indiyədək "astronomik" təklif daxil olmayıb və bu səbəbdən onların "Fənərbaxça"da qalacağı ehtimal olunur.

Bununla yanaşı, İsmayıl Yüksək, Çağlar Söyüncü və İrfan Can Kahveci növbəti mövsümdə də eyni formanı geyinəcəklər.

Komandadan göndəriləcəyi deyilən Dieqo Karlos isə yeni mövsümdə daha çox şans qazanaraq özünü göstərmək niyyətindədir.

Digər tərəfdən, gələcəyi sual altında olan futbolçular arasında Ciku və Şimanski də yer alır. Bir il müqaviləsi qalan Cikunun ehtiyat variant kimi komandada saxlanıla biləcəyi, Şimanskinin isə sərfəli təklif gəldiyi təqdirdə satılacağı qeyd olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv