15–18 may 2025-ci il tarixlərində Rumıniyanın Mureş şəhərində keçirilən Şotokan karate-do üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Elşən Allahverdi böyük uğura imza atıb.
Manset.az-ın məlumatına görə, 45 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Qeyd edək ki, Elşən Allahverdi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rafael Məmmədovun yetirməsidir.