“Barselona”da daha bir müqavilə - FOTO

08:00 - 23 May 2025

“Barselona”da daha bir müqavilə - FOTO

“Barselona” futbolçusu Rafinya ilə müqavilə müddətini uzadıb. 


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Braziliyalı vinger Kataloniya klubunun prezidenti Joan Laporta, vitse-prezident Rafa Yuste və klubun idman direktoru Deko, eləcə də digər şəxslərin iştirakı ilə klubun ofisində yeni müqaviləsini imzalayıb. Yeni sözləşmə 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində 56 matça çıxaraq 34 qol vurub və 25 qolun ötürməsini edib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv