“Qarabağ” tarixinin rekordunu təkrarladı

10:34 - 25 May 2025

“Qarabağ” tarixinin rekordunu təkrarladı

“Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb.


Manset.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Misli Premyer Liqasının 2024/2025 mövsümündə 28-ci qələbəsini qazanıb.

Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.

Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/2023 mövsümündə də 28 qələbə əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv