“Barselona”nın müdafiəçisi Jül Kunde klubla yeni müqavilə imzalamağa razılıq verib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində (əvvəlki "Twitter") məlumat yayıb.
Fransalı futbolçu baş məşqçi Hans-Diter Flikə komandada qalmaq istədiyini bildirib. Tərəflər arasında razılaşmanın yaxın həftələrdə rəsmiləşdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Jul Kunde başa çatan mövsümdə “Barselona”nın heyətində 53 oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə verib. Onun klubla olan hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.