Yeni mövsümdə çempionluq həsrətinə son qoymaq istəyən "Fenerbahçe" transfer çalışmalarını davam etdirir. İddialı heyət qurmağı planlaşdıran klub baş məşqçi Jose Mourinhonun da təsdiqi ilə ulduz futbolçularla danışıqlara başlayıb.
Manset.az-ın məlumatına görə, Türkiyə təmsilçisi transfer üçün ciddi büdcə ayırmağa hazırlaşır.
"Fenerbahçe" PSV Eindhoven-də çıxış edən Belçikalı futbolçu Johan Bakayoko ilə maraqlanır.
Sol ayaqlı futbolçunun Transfermarkt-dakı cari dəyəri 30 milyon avro təşkil edir. Bakayoko ötən mövsüm 47 matçda meydana çıxaraq 12 qol və 3 assistlə yadda qalıb.
"Fenerbahçe"nin bu transfer uğrunda Avropanın aparıcı klubları ilə rəqabət aparacağı gözlənilir.