“Liverpul” 150 milyon avroluq transferini açıqladı

01:30 - 21 İyun 2025

“Liverpul” 150 milyon avroluq transferini açıqladı

“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virtzin transferini açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

22 yaşlı almaniyalı futbolçu şəxsi şərtlərdə razılıq əldə etdikdən və tibbi müayinədən uğurla keçdikdən sonra İngiltərə klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mətbuatda yayılan xəbərlərə görə, “Liverpul” bu transfer üçün “Bayer”ə 150 milyon avro ödəyib. Virtzin yeni müqaviləsinin 2030-cu ilə qədər qüvvədə olacağı bildirilib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az