Fatih Terimə böyük ŞOK – Yerinə başqası gətirilir

21:54 - 21 İyun 2025

Fatih Terimə böyük ŞOK – Yerinə başqası gətirilir

Real Sociedad klubunun əfsanəvi baş məşqçisi İmanol Alquasil, karyerasında yeni bir səhifə açır. O, artıq Səudiyyə Ərəbistanının tanınmış klublarından olan "Al-Shabab FC" ilə müqavilə imzalamaq üçün Ər-Riyada gəlib.


Manset.az xəbər verir ki, bu isə Fatih Terimlə yolların ayrıldığını göstərir.

İmanolun adı bir müddət Sevilya ilə də hallanırdı, lakin tərəflər arasında razılıq əldə olunmayıb.
"Al-Shabab" rəhbərliyi isə təcrübəli ispan mütəxəssisi inandırmaq üçün ona yüksək əməkhaqqı və güclü idman layihəsi təqdim edib. Müqavilənin illik dəyəri təxminən 10 milyon avro təşkil edəcək.

Hazırda yenidən yüksəlişə keçmək istəyən "Al-Shabab", texniki heyət sahəsində təcrübəli adlara investisiya qoyur. İmanolun özünəinamlı və sistemli iş üslubu isə klubun "gəncləşmə və yenilənmə" strategiyası ilə üst-üstə düşür.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az