Final matçında insident yaşandı - FOTOLAR

09:06 - 24 İyun 2025

Final matçında insident yaşandı - FOTOLAR

Türkiyə Sığorta Basketbol Super Liqasının final seriyasının dördüncü oyunu zamanı "Beşiktaş" və "Fənərbaxça" klublarının rəhbərliyi arasında gərginlik yaşanıb.


Manset.az türk mətbuatına istinadən xəbər verir ki, İstanbulda keçirilən qarşılaşmada "Fənərbaxça Beko" klubu "Beşiktaş Fibabanka" üzərində 91:87 hesabı ilə qələbə qazanaraq seriyada ümumi hesabı 3:1-ə çatdırıb.

Matçın son dəqiqələrində hər iki klubun rəhbərlərinin yerləşdiyi lojada gərginlik yaşanıb.

Məlumata görə, tərəflər arasında mübahisə yaranıb və bu zaman "Fənərbaxça"nın prezidenti Ali Koç hadisəyə müdaxilə etmək məqsədilə sürətlə yerə yaxınlaşıb.

Baş verən insident səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb. Gərginliyin aradan qaldırılmasından sonra qarşılaşma davam etdirilib.

Oyun başa çatdıqdan sonra "Beşiktaş" rəhbərliyi "Fənərbaxça" heyətini stadiondan yola salıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az