"Qalatasaray"ın uzun müddətdir transfer gündəmində yer alan Viktor Osimhenlə bağlı yeni iddialar yayılıb.
Manset.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Məlumatlara görə, Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu nigeriyalı hücumçunu heyətinə qatmaq üçün növbəti ciddi addımı atıb.
"Il Mattino" nəşrinin yaydığı xəbərə əsasən, "Əl Hilal"ın yeni baş məşqçisi Simone İnzaqi Osimhenlə şəxsi görüş keçirib. Görüşdə futbolçunun mümkün transferi və şərtləri müzakirə olunub.
Xatırladaq ki, Viktor Osimhen hazırda İtaliyanın "Napoli" klubunun şərəfini qoruyur. Lakin "Qalatasaray"ın da futbolçuya marağı olduğu bildirilir. Qırmızı-sarıların təklif göndərdiyi, lakin Osimhenin hələ cavab vermədiyi vurğulanır.
Məlumata görə, "Qalatasaray"da mövsümün ulduzu kimi göstərilən nigeriyalı futbolçunun gələcək karyerası yaxın günlərdə daha da dəqiqləşə bilər. Səudiyyə klubunun sərfəli təklifi isə bu transferdə "Qalatasaray" üçün ciddi rəqabət yaradır.