Bu klub diktatorun nəvəsini transfer etdi

00:30 - 28 İyun 2025

Bu klub diktatorun nəvəsini transfer etdi

“Latsio” klubu İtaliya diktatoru Benito Mussolininin nəvəsi olan müdafiəçi Romano Floriani Mussolini ilə müqavilə imzalayıb.


Manset.az Publika.az-a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Roma” akademiyasının yetirməsidir, lakin 2016-cı ildən “Latsio”nun sistemində çıxış edir. Klub onu “Peskara” və “Yuve Stabiya”ya icarəyə göndərmişdi.

Mussolini “Yuve Stabiya”da keçən mövsüm 37 oyunda iştirak edərək diqqət çəkmiş və klub onun transfer hüququnu almışdı.

Buna baxmayaraq, futbolçu yenidən “Latsio”ya qayıdıb. “Yuve Stabiya” rəsmi saytında bu barədə məlumat verib. Bildirilib ki, Roma təmsilçisi Mussolini üçün gerialım hüququndan istifadə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az