"Real Madrid"in ulduz hücumçusu Kylian Mbappe 2025/26 mövsümündən etibarən 10 nömrəli forma ilə çıxış edəcək.
Manset.az Fanat.az -a istinadən xəbər verir ki, Madrid klubu bu qərarı Luka Modriçin ayrılmasından sonra qəbul edib.
Bu barədə məlumatı futbolçu rəsmi “X” hesabında yalnız “10” yazmaqla təsdiqləyib.
Bu addım klubun marketinq strategiyası üçün də nəzərdən keçirilib — 10‑luq forma satışında mövcud rekordların təkrarlanması gözlənilir.