- Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatının final oyunu keçirilib.
Manset.az xəbər verir ki, beynəlxalq yarışda
ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası finalda
İspaniyanın Valensiya Universitetinin komandasını 7:2 hesabı ilə məğlub edərək
çempionatın qalibi olub.
Komandamızın
oyunçusu Ağaseyid Seyidov isə çempionatın ən yaxşı qapıçısı seçilib.
Qeyd edək ki,
komandamızın Avropa çempionatında iştirakı Azərbaycan Tələbə Futbol
Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol
Federasiyaları Assosiasiyasının, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları
Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan
İdman Akademiyasının dəstəyi ilə həyata keçirilib. Azərbaycan Həmkarlar
İttifaqları İdman Təşkilatları Assosiasiyası 2008-ci ildən Avropa Tələbə İdmanı
Assosiasiyasının (EUSA) üzvüdür.