“İnter Mayami” heyətinə yeni futbolçu qatıb.
Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "İnter Mayami" “Atletiko”dan Rodriqo De Paulu transfer edib. MLS təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Rodriqo 2022-ci ildə Argentina millisi ilə dünya çempionu olub.