"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Kenan Piriçlə ikiillik müqavilə imzalanıb.
Karyerası ərzində Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında çıxış edən 31 yaşlı qolkiper iki dəfə Bosniya və Herseqovina çempionu (2016/17, 2017/18), bir dəfə isə Sloveniya çempionu (2018/19) olub.
O, həmçinin iki dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), bir dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün ən yaxşı qapıçısı seçilib.
Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovina milli komandasının heyətində 8 oyun keçirib.