"Neftçi" bosniyalı qolkiperlə müqavilə bağladı

18:51 - 26 İyul 2025

\"Neftçi\" bosniyalı qolkiperlə müqavilə bağladı

"Neftçi" Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Kenan Piriçlə ikiillik müqavilə imzalanıb.

Karyerası ərzində Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında çıxış edən 31 yaşlı qolkiper iki dəfə Bosniya və Herseqovina çempionu (2016/17, 2017/18), bir dəfə isə Sloveniya çempionu (2018/19) olub.

O, həmçinin iki dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), bir dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, Kenan Piriç Bosniya və Herseqovina milli komandasının heyətində 8 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az