"Qalatasaray" heyətindəki bəzi futbolçulara gələn təklifləri dəyərləndirməyə davam edir.
Manset.az Fanat.az-a istinadən xəbər verir ki, "Komo" tərəfindən Alvaro Morata üçün göndərilən 4 milyon avroluq rəsmi təklifi rədd edilib.
Bu barədə məlumatı "Fotomaç" yayıb.
"Qalatasaray" rəhbərliyi ispan hücumçunun təcrübəsini və potensialını nəzərə alaraq onun bazar dəyərinin daha yüksək olduğunu düşünür.
Qeyd edək ki, futbolçunun transfer dəyəri 11 milyon avrodur.