SON DƏQİQƏ: Osimhen rəsmən "Qalatasaray"da

09:06 - 30 İyul 2025

SON DƏQİQƏ: Osimhen rəsmən \"Qalatasaray\"da

Türkiyə futbolunun ən böyük klublarından biri olan "Qalatasaray", uzun müzakirələrdən sonra Viktor Osimheni transfer etmək üzrə son mərhələyə gəlib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Nigeriyalı hücumçu bu gün İstanbulda olacaq və cümə axşamı tibbi müayinədən keçərək "Qalatasaray"la müqavilə imzalayacaq. 

Bu günlərdə Osimhenin sosial mediada etdiyi paylaşımlar "Qalatasaray" azarkeşləri arasında böyük həyəcan yaradıb.

Anlaşma, "Napoli" ilə aparılan danışıqların nəticəsi olaraq əldə edilib. "Sarı-qırmızılar" Osimhenin transferi üçün İtaliya klubuna ilkin olaraq 40 milyon avro ödəyəcək, əlavə olaraq isə bir il ərzində 35 milyon avro daha verəcək. Transferin şərtlərinə əsasən, Osimhenin iki il ərzində A Seriyasına qayıtmaq hüququ olmayacaq.

Qeyd edək ki, transferlə bağlı daha ətraflı məlumatların Osimhen klubla müqavilə bağladıqdan sonra keçiriləcək mətbuat konfransında açıqlanacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az