2022-ci ildə "Qalatasaray"a transfer olunan və göstərdiyi çıxışla diqqət çəkən, ard-arda qazanılan 3 çempionluqda mühüm pay sahibi olan Torreyra ilə bağlı sarı-qırmızılı klubdan gözlənilməz qərar gəlib.
Manset.az-ın məlumatına görə, Lukas Torreyra ilə müqaviləsi 2028-ci ildə başa çatacaq olsa da, artıq yeni müqavilə üzrə danışıqlara başlayıb.
Xəbərdə qeyd olunur ki, klub 2030-cu ilə qədər etibarlı olacaq yeni bir müqavilə təklifinə hazırlaşır və uruqvaylı ulduzun karyerasını ‘Qalatasaray’da başa vurmasını istəyir.
29 yaşlı futbolçu bu mövsüm ‘Qalatasaray’ın heyətində 10 oyunda iştirak edib, 1 qol və 2 assistlə yadda qalıb."