"Beşiktaş"ın məşhur ulduzu yaralandı - FOTO

17:29 - 23 Fevral 2026

\"Beşiktaş\"ın məşhur ulduzu yaralandı - FOTO

"Beşiktaş" Emirhan Topçunun sağ yuxarı ayaq əzələ tendonu bölgəsində qanama və qismən yırtıq aşkar edildiyini açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, gənc müdafiəçi "Qalatasaray"la keçiriləcək derbi oyununda meydana çıxa bilməyəcək.

"Beşiktaş"dan məsələ ilə bağlı açıqlama verilib:

""Futbol A" Komandamızın Trendyol Super Liqasında "Göztepe" ilə oynadığı matçın 70-ci dəqiqəsində sağ yuxarı ayaq əzələsində ağrı hiss edən futbolçumuz Emirhan Topçu oyuna davam edə bilməyib. Tendon bölgəsində qanama və qismən yırtıq aşkarlanıb.

Emirhan Topçunun müalicəsinə sağlamlıq heyəti tərəfindən başlanılıb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az