""Qarabağ"ın bu mərhələyə yüksəlməsi sözsüz ki, bizi sevindirir. İnanıram ki, yaxşı nəticə əldə edəcəklər".
Bu sözləri Manset.az-a açıqlamasında Dövlət Neft Şirkətinin və AFFA-nın Prezidenti Rövşən Nəcəf bildirib. O daha sonra "Qarabağ"ın "Nyukasl"la oyununda hesabın neçə olacağı ilə bağlı suala belə cavab verib:
"Əsas yaxşı oyundur və gözəl nəticədir. Bir daha uğurlar arzulayırıq".
Qeyd edək ki, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" səfərdə "Nyukasl"la qarşılaşacaq.