"Neftçi" "Turan Tovuz"a məğlub oldu

22:52 - 09 Mart 2026

\"Neftçi\" \"Turan Tovuz\"a məğlub oldu

Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

56-cı dəqiqədə Joarlem Santos fərqlənib.

Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla yeddinci sıradadır.

Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az