"FIFA Series - 2026" turnirində DƏYİŞİKLİK 

15:59 - 22 Mart 2026

\"FIFA Series - 2026\" turnirində DƏYİŞİKLİK 

Azərbaycanda keçiriləcək "FIFA Series - 2026" beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb Oman milli komandasının Yaxın Şərqdəki hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FIFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq.

Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az