"Fənərbağça" ilə derbi öncəsi "Qalatasaray"da növbəti İTKİ

15:32 - 02 Aprel 2026

\"Fənərbağça\" ilə derbi öncəsi \"Qalatasaray\"da növbəti İTKİ

"Qalatasaray"da Osimhenin ardından bir zədələnmə daha baş verib.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Braziliya Milli Komandasının üzvü olan Gabriel Sara ayaq biləyindən zədələnib. Onun son vəziyyətinin bu gün keçiriləcək yoxlamalardan sonra bəlli olacağı açıqlanıb.


"Qalatasaray" klubu verdiyi açıqlamada, "Braziliya Milli Komandasının sol ayaq biləyində zədə yaşadığı üçün bu gün səhər saatlarında İstanbula qayıdan futbolçumuz Gabriel Saranın vəziyyəti, gün ərzində ediləcək yoxlamalar sonrası dəqiqləşəcək" - ifadələrini istifadə edib.


Qeyd edək ki, bu mövsüm sarı-qırmızı formanı geyinən Gabriel Sara 39 matçda iştirak edərək 6 qol və 3 asistlə komandasına töhfə verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az