"Fənərbağça" Marco Asensionun zədələndiyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, komandanın verdiyi məlumata görə, futbolçu Marco Asensionun aparılan müayinələr nəticəsində sol dizinin ön çapraz bağında gərilmə və şişkinlik aşkar edilib. Oyunçunun müalicəsinə başlanıb.
İspan futbolçusunun 2 həftə müddətində oyunlardan kənarda qalması gözlənilir.
Qeyd edək ki, Asensio Super Liqanın 28-ci turunda "Beşiktaş"la keçirilən derbinin ilk yarısında zədələnərək oyunundan çıxmışdı.