İngiltərə Premyer Liqası təmsilçisi "Everton" müdafiə xəttinin təcrübəli siması Maykl Kinlə bağlı qərarını verib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Mersisayd klubu 33 yaşlı futbolçunun müqaviləsini yeniləyib. Tərəflər arasında bir illik yeni sözləşmə imzalanıb.
2017-ci ilin iyul ayında "Bernli"dən transfer olunan Maykl Kin üçün qarşıdakı mövsüm xüsusi əhəmiyyət kəsb edəcək. Belə ki, bu imza ilə o, "Everton"dakı 10-cu ilini, yubiley mövsümünü qeyd etmək şansı qazanıb.
Qeyd edək ki, təcrübəli müdafiəçi indiyədək "Everton" forması ilə 259 oyuna çıxıb və 19 qol vurub.