Keçmiş idarəçi Hakan Safi "Fənərbağça" klubunun prezidentliyinə namizədliyini açıqlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, seçkili növbədənkənar qurultayda namizədliyini qeyd-şərtsiz irəli sürdüyünü bildirərək kluba xidmət etməyə hazır olduğunu vurğulayıb.
Beləliklə, Hakan Safi Barış Göktürkdən sonra namizədliyini elan edən ikinci şəxs olub.