"Fənərbağça"nın sabiq prezidenti Ali Koç 6-7 iyun seçkilərində namizəd olmayacaq.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, "Fənərbağça" klubunda 6-7 iyun tarixlərində keçiriləcək prezident seçkiləri öncəsi namizədlər müəyyənləşməyə başlayıb.
Aziz Yıldırım və Hakan Safi rəsmi olaraq seçkilərdə namizəd olduqlarını açıqlayıb, Mehmet Ali Aydınlar və Barış Göktürk isə namizədlikdən çəkilib.
Klubun sabiq prezidenti Ali Koçun seçkilərdə iştirak edib-etməyəcəyi maraqla gözlənilirdi. Anadolu Agentliyinin yaydığı məlumata görə, Ali Koç hazırda prezidentlik seçkilərində namizəd olmağı düşünmür.