"Barselona" kimlərlə sağollaşa bilər?

00:30 - 07 May 2026

\"Barselona\" kimlərlə sağollaşa bilər?

"Barselona" yayda heyətində ciddi dəyişikliklər etməyi planlaşdırır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub bir neçə futbolçunu sataraq təxminən 100 milyon avro gəlir əldə etmək niyyətindədir. Əldə olunacaq vəsait isə yeni mərkəz müdafiəçisi və hücumçunun transferinə yönəldiləcək.

Bildirilir ki, ilk növbədə Mark Kasado və hazırda icarədə "Monako"da çıxış edən Ansu Fatinin satışı planlaşdırılır. Hədəfə çatmaq üçün "Barselona" həmçinin Ferran Torres və Jül Kunde üçün təklifləri də nəzərdən keçirməyə hazırdır. Son variant olaraq isə Rafinya Diasın satışı istisna olunmur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az