Avropa Liqasında finalçılar bəlli olacaq

09:16 - 07 May 2026

Avropa Liqasında finalçılar bəlli olacaq

UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.


Manset.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.

Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az