UEFA 2 klubu sərt cəzalandırdı

00:30 - 13 May 2026

UEFA 2 klubu sərt cəzalandırdı

UEFA Konfrans Liqasında azarkeşlərin arzuolunmaz davranışlarına görə "Şaxtyor" və AEK klublarını sərt şəkildə cəzalandırıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, qurum hər iki komandanı "Kristal Pelas"la matçlardakı intizamsızlıq səbəbindən sanksiyalara məruz qoyub.

Kiprin AEK klubu mart ayında 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə azarkeşlərin təhqiramiz şüarlarına görə 50 min avro cərimə edilib. Bununla yanaşı, komanda UEFA bayrağı altında keçirəcəyi növbəti ev oyununda stadionun bir hissəsinin bağlanması cəzası ilə də üzləşib.

Ukrayna təmsilçisi "Şaxtyor" isə aprel ayında Polşanın Krakov şəhərində keçirilən yarımfinalın ilk oyunundakı qadağan olunmuş pankartlara və şüarlara görə 30 min avro cərimələnib. Donetsk klubuna kəsilən stadionun qismən bağlanması cəzası isə iki illik sınaq müddəti şərti ilə təxirə salınıb. Klub həmçinin stadionda pirotexniki vasitələrdən istifadəyə görə əlavə olaraq 4 min avro cərimə ödəməli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az