PSJ "Real"ın aparıcı futbolçularından olan Federiko Valverde üçün hərəkətə keçib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, jurnalist Markos Benitonun məlumatına görə, Paris klubu artıq uruqvaylı yarımmüdafiəçinin nümayəndələri ilə əlaqə saxlayıb.
Bildirilir ki, PSJ-nin futbolçuya marağı Valverdenin ötən həftə komanda yoldaşı Aurelien Tçuameni ilə yaşadığı insidentdən sonra ortaya çıxıb. Qeyd edək ki, onlar arasındakı münaqişə zamanı futbolçu yıxılaraq masaya dəyib və kəllə-beyin travması alıb.
Xatırladaq ki, Valverde bu mövsüm 48 oyunda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.