“Atletiko” klubu “Çelsi”nin müdafiəçisi Mark Kukurellanı heyətinə qatmağı hədəfləyir.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Mateu Alemany ispaniyalı futbolçunun transferini dəstəkləyir.
Bildirilir ki, klub rəsmisi futbolçunu hələ "Barselona"da çalışdığı dönəmdən bəri komandasında görməyə maraq göstərib.
Qeyd edək ki, Kukurella bu mövsüm Premyer Liqada 33 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.